525.Az

Dünya Turizm Gününə həsr olunmuş mətbuat konfransı


 

Dünya Turizm Gününə həsr olunmuş mətbuat konfransı<b style="color:red"></b>

27 Sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-də “Holiday İnn” hotelində “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa təşkil olunub.

Nazirlikdən 525.az-a verilən məlumata görə, dəyirmi masadan öncə mətbuat konfransı keçirilib.

Mətuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibəti ilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsində görüləcək işlərdən danışıb.

Nazir sonda jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı tərəfindən təsis edilən bu gün 1980-ci ildən bir çox ölkələrdə qeyd olunur.

Əlamətdar günün məqsədi turizmin təbliği, dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, bu vasitə ilə müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsidir.

Dünya Turizm Günü hər il müəyyən bir deviz altında qeyd olunur, bu il “Hamı üçün turizm” devizi seçilib.

 





27.09.2016    çap et  çap et