525.Az

"Multikultural cəmiyyət və Turizm" mövzusunda dəyirmi masa


 

"Multikultural cəmiyyət və Turizm" mövzusunda dəyirmi masa <b style="color:red"></b>

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı ilə birgə "Multikultural cəmiyyət və Turizm" mövzusunda dəyirmi masa təşkil olunub.
 
Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Naziri Nabi Avcı, Dünya Bələdçi Assosiasiyalar Federasiyasının prezidenti Felisitas Vresnniq, ABŞ-ın Viskonsin-Stout universitetinin turizm və qonaqpərvərlik sahəsi üzrə professoru Cəfər Cəfəri kimi dünyanın turizm sahəsinin aparıcı simaları iştirak edib.
 
"Multikultural cəmiyyət və Turizm" mövzusunda keçirilən tədbirdə ATMU-nun rektor səlahiyyətlərini icra edən dosent Eldar Aslanov "Turizm sivilizasiyalar arasında effektiv əlaqə vasitəsi kimi" mövzusunda çıxış edib. ATMU tələbələri tədbirdə həm könüllü, həm də iştirakçı kimi xüsusi fəallıq göstəriblər.

SAMİRƏ

 





29.09.2016    çap et  çap et