525.Az

“Rusiya neft hasilatını azaltmayacaq”


 

“Rusiya neft hasilatını azaltmayacaq”<b style="color:red"></b> Rusiya neftin hazırkı hasilat səviyyəsini qoruyacaq. “APA-Economics” xəbər verir ki, bu barədə Rusiyanın neft naziri Aleksandr Novak bildirib.
 
“Hər şey həm makroiqtisadi vəziyyətdən, həm də şirkətlərin planlarından asılı olacaq. Lakin biz hazırkı hasilat səviyyəsinin qorunmasına köklənmişik”, - deyə nazir qeyd edib.
 
Qeyd edək ki, Rusiyada sutkalıq hasilat səviyyəsi 11 mln. barreli ötüb ki, bu da tarixi göstəricidir.
 
Əlavə edək ki, OPEC ölkələri Əlcəzairdə keçirilən qeyri-formal görüşün nəticəsində hasilat səviyyəsinin 33 mln. barrelədək azaldılması ilə bağlı razılığa gəlib.
 





30.09.2016    çap et  çap et