525.Az

"Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"


 

"Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"<b style="color:red"></b> "OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
 
V. Ələkbərov əlavə edib ki, neftin qiymətin 50 dolları ötə də bilər:

"Bu qiymət şist neftin istehsalını rentabelli edir. Ona görə də hesab edirəm ki, neftin qiyməti təxminən 50 dollar səviyyəsində sabitləşəcək".
 





30.09.2016    çap et  çap et