525.Az

Taksi fəaliyyəti üçün lisenziya tələbi ləğv olundu


 

Taksi fəaliyyəti üçün lisenziya tələbi ləğv olundu<b style="color:red"></b> Azərbaycan prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.
 
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı" almalıdırlar.
 





30.09.2016    çap et  çap et