525.Az

Nobel komitəsi ədəbiyyat üzrə mükafatın laureatının elanını təxirə saldı


 

Nobel komitəsi ədəbiyyat üzrə mükafatın laureatının elanını təxirə saldı<b style="color:red"></b>

2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı oktyabrın 13-də məlum olacaq.

AzərTAc Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Nobel komitəsinin üzvü Per Vestberq bildirib.

Onun sözlərinə görə, ədəbiyyat üzrə laureatın elan olunması prosesi komitənin iş qrafiki ilə əlaqədar əvvəlki illərdə olduğundan bir qədər gec baş tutacaq.

Digər sahələrdə mükafat sahiblərinin adlarının isə gələn həftə elan ediləcəyi gözlənilir. Tibb üzrə Nobel mükafatı laureatı isə oktyabrın 3-də bəlli olacaq.

 





30.09.2016    çap et  çap et