Azərbaycan PEN klubunun vitse-prezidenti Natiq Rəsulzadənin kitabları Rusiyanın məşhur "Litres.ru" İnternet mağazasında satışa çıxarılıb.
Yazıçının rus və ingilis dillərinə tərcümə olunmuş elektron kitabları satılır. Yazıçının sözlərinə görə, bu, Azərbaycan PEN klubunun dünya elektron kitab mağazaları ilə əməkdaşlığı yolunda ilk addımdır. "Gələcəkdə PEN klub özü azərbaycanlı müəlliflərin əsərlərini öz saytında və dünyanın tanınmış saytlarında satışa çıxaracaq. Bu mağazalara Litres.ru ilə yanaşı, Amerikanın tanınmış elektron kitab mağazası olan "Bookland" də daxildir", - o qeyd edib.
GÜNEL