525.Az

"Azərbaycanlıların öldürülməsi ilə bağlı cinayət işləri Lutsenkonun nəzarətindədir"


 

"Azərbaycanlıların öldürülməsi ilə bağlı cinayət işləri Lutsenkonun nəzarətindədir"<b style="color:red"></b> "Ukraynada azərbaycanlıların öldürülməsi və digər cinayətlərin baş verməsi ilə əlaqədar Ukraynanın baş prokuroru ilə rəsmi yazışmalarımız var, telefon əlaqəsi yaratmışıq. O, bizim müraciətimizə ciddi yanaşıb".
 
APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.
 
Z. Qaralov bildirib ki, Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı qaldırılan cinayət işlərini xüsusi nəzarətə götürüb: "Bu yaxınlarda Ukraynadakı Azərbaycan icmasının sədri və digərləri onun qəbulunda olacaqlar. Bütün bu işlərlə bağlı lazımı tədbirlər görülür".
 
Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.
 





01.10.2016    çap et  çap et