525.Az

Roma Papası Bakıdakı Katolik kilsəsində dua mərasimində


 

Roma Papası Bakıdakı Katolik kilsəsində dua mərasimində <b style="color:red"></b>

Roma papası Fransisk Bakıdakı Katolik kilsəsində  dua mərasimində (messa) çıxış edib.
 
APA-nın məlumatına görə,  Roma Papası Xristian dininin müqəddəs kitabı olan “İncil”dən sitatlar gətirib.
 
Papası Fransisk çıxışında dünyaya iman, sülh və ədalət mesajı verib.

Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyev, hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir.

O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsi rəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.

 





02.10.2016    çap et  çap et