525.Az

"Azərbaycanda bütün dinlərin nümayəndələri sülh şəraitində yaşayır"


 

"Azərbaycanda bütün dinlərin nümayəndələri sülh şəraitində yaşayır"<b style="color:red"></b> “Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda sivilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir".
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransisklə görüşü zamanı deyib.

Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib:

”Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz.

Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır".
 





02.10.2016    çap et  çap et