525.Az

İran neft ixracını gündəlik 150 min barelədək artıracaq


 

İran neft ixracını gündəlik 150 min barelədək artıracaq<b style="color:red"></b> İran neft ixracının həcmini gündəlik 150 min barelədək  artırmaq niyyətindədir.
 
APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əlaqələr üzrə icraçı direktoru Seyid Möhsün Qamsari bəyan edib.
 
“Bu gün bizim neft ixracımızın həcmi gündəlik 2,2 mln barel təşkil edir, yaxın aylarda bu göstərici 2,35 barel  olacaq. Məqsədimiz 2,5 mln barelə çatmaqdır ”, deyə Qamsari bildirib.
 
Onun sözlərinə görə, ixrac edilən neftin təxminən  500-600 min bareli Avropa bazarlarına çatdırılır,  gündəlik təxminən 1,8 mln barel daxili ehtiyaclar üçün istifadə olunur.
 





03.10.2016    çap et  çap et