525.Az

İlham Əliyev İran daxili işlər nazirini qəbul etdi


 

İlham Əliyev İran daxili işlər nazirini qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
 
Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən İlham Əliyev İran prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırlayıb.

İki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlət başçısı xüsusilə nazirliklər arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Prezident Ə.Rəhmaninin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Ə.Rəhmani Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırdı.

Nazir deyib: “Prezident Həsən Ruhani bildirdi ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. H.Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi”.

Əbdülrza Rəhmani son illər iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğulayıb.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İran prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını həmkarına çatdırmağı xahiş edib.
 





03.10.2016    çap et  çap et