525.Az

"Eurovision-2013" təmsilçimiz bəlli oldu (Video)


 

"Eurovision-2013" təmsilçimiz bəlli oldu<b style="color:red"> (Video)</b>

Bu gün “Buta Palace”da baş tutan böyük final gecəsində “Eurovision 2013” müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçı bəlli olub.

Axşam.az-ın məlumatına görə, İsveçin Malmö şəhərində baş tutacaq 58-ci “Eurovision” təmsilçisi on iştirakçı arasından seçilib.

Münsiflər heyətinin rəyinə əsasən bu il Avropa qarşısında Azərbaycan bayrağını qaldıracaq müğənni Fərid Məmmədov olub.

Qeyd edək ki, münsiflər heyətinin tərkibində Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Faiq Sücəddinov, Zəhra Bədəlbəyli yer alıb.

“Eurovision 2013” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı məlum olub. 

May ayında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəmizi Fərid Məmmədov təmsil edəcək. Qalibin adı açıqlandıqdan sonra mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov çıxış edərək, Milli Final haqqında geniş məlumat verib. Bildirib ki, ilk mərhələdə 130 iştirakçı seçilib. Onlar arasında 80 nəfər seçilərək yarımfinala vəsiqə qazanıb. Onlar arasında 10 iştirakçı finala keçib. Onun sözlərinə görə, “Eurovision” Mahnı Müsabiqəsi təmsilçisini seçməkdə Azərbaycan digər ölkələrə nümunədir.

Daha sonra qalib iştirakçı Fərid Məmmədov öz təəssüratını bölüşüb: “Çox həyəcanlıyam. Mənim üzərimdə əziyyəti olanlara təşəkkür edirəm. Şükür Allaha ki, qalib oldum. Ölkəmizi uğurla təmsil edəcəyimə söz verirəm”.
O, bildirib ki, müsabiqədə iştirak edəcək təmsilçilərin güclü və ya zəif olması ilə maraqlanmır. Yalnız fikrində Azərbaycanı uğurla təmsil etmək niyyətindədir:

“Məni heç vaxt rəqabət maraqlandırmır. Mən yalnız Azərbaycanı müsabiqədə uğurlu təmsil edəcəyimi düşünürəm. Ümid edirəm ki, bu alınacaq”.

Münsiflər heyəti çıxış edərək, qalibi təbrik ediblər. Fərid Məmmədovun may ayında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəmizi uğurla təmsil edəcəklərinə ümid etdiklərini deyiblər.

Qeyd edək ki, Fərid Məmmədov uzun müddət Aybəniz Haşımovanın “ Bülbüllər” ansamblında çıxış edib. Təmsilçimiz Malmö səhnəsinə mayın 16-da çıxacaq.

 





15.03.2013    çap et  çap et