525.Az

“Qarabağ” Qəbələdə dayandı


 

“Qarabağ” Qəbələdə dayandı<b style="color:red"></b>

“Qarabağ”ın qol seriyası qırılıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, cari mövsüm keçirdiyi bütün qarşılaşmalarda qol sevinci yaşayan Qurban Qurbanovun komandası Topaz Premyer Liqasının VII turunun “Qəbələ” ilə səfər matçında rəqib qapısına yol tapa bilməyib – 0:2.

Mövsümün ilk 6 görüşündə meydandan qolsuz ayrılmayan Ağdam klubu ötən çempionatın son 17 qarşılaşmasında da rəqib qapıçıları məyus etmişdi. Son 23 çempionat oyununda bu seriyasını davam etdirən “Qarabağ” 2016-cı ildə yalnız 1 dəfə fərqlənməmişdi. Bu, ilin ilk görüşünə təsadüf etmişdi. Yanvarın 31-də səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “ağ-göylər” 245 gündən sonra qolsuz qalıb.

Bu seriya ölkə çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. 1999-2000-ci illərdə “Kəpəz” də ardıcıl 23 qol vurmuşdu. Ən uzun 4 seriya isə “Turan” (33), “Şəmkir” (28), “Kəpəz” və “Neftçi”yə (hər ikisi 25) məxsusdur.

 





03.10.2016    çap et  çap et