525.Az

“Turizm həftəsi” başa çatdı


 

“Turizm həftəsi” başa çatdı<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi “Turizm həftəsi” başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, Nizami rayonu 1 nömrəli uşaq evinin sakinləri sentyabr 29-da Azərbaycan Milli İncəsənət Muzeyində, sentyabr 30-da isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar.

Qeyd edək ki, uşaqlar öncəki günlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.

“Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilib.

Cavid QƏDİR

 





03.10.2016    çap et  çap et