525.Az

Ronaldo Lissabonda otel açdı


 

Ronaldo Lissabonda otel açdı <b style="color:red"></b>

Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın paytaxtı Lissabonda otel tikdirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, CR7 şəbəkəsinə aid olan otel 4 ulduzludur.

Portuqaliyalı futbolçu otelin açılışında təəssüratlarını bölüşüb: “Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, ancaq gələcəyim haqda da düşünməliyəm. Lissabonda 7 il keçirmişəm. Burada otel açmaq şansını əldən verə bilməzdim”.
 
Qeyd edək ki, Ronaldo bundan əvvəl doğulduğu Funşal şəhərində də otel açmışdı.

 





03.10.2016    çap et  çap et