525.Az

Balotellinin qırmızı vərəqəsi ləğv olunacaq


 

Balotellinin qırmızı vərəqəsi ləğv olunacaq<b style="color:red"></b>

Dünən “Loryen”lə görüşdə meydandan uzaqlaşdırılan “Nitsa”nın hücumçusu Mario Balotellinin aldığı qırmızı vərəqə ləğv olunacaq.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, oyunun baş hakimi Olivye Tyüal səhvini boynuna alıb.

O qeyd edib ki, italiyalı forvarda matçın sonunda göstərdiyi ikinci sarı vərəqədə səhvə yol verib.

Bununla da 26 yaşlı forvard oktyabrın 14-də “Lion”a qarşı keçiriləcək matçda meydana çıxa biləcək.

 





04.10.2016    çap et  çap et