525.Az

Roma Papasının Bakı səfəri “Jewish Journal”da


 

Roma Papasının Bakı səfəri “Jewish Journal”da<b style="color:red"></b>

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Roma Papasının Bakıya səfəri haqqında məqaləsi dərc edilib.

Müəllif Azərbaycandakı Heydər məscidində müsəlmanların, katoliklərin, protestant və pravoslav xristianların Roma Papası ilə unikal görüşü barədə yazır.

M.Yevdayevin qeyd etdiyi kimi, katolik kilsəsinin rəhbəri vurğulayıb ki, Azərbaycan çoxmədəniyyətli özünüifadə modelidir və bütün dünya bu məqama diqqət yetirməlidir.

Müəllif yazır ki, Papanın səfəri Azərbaycanda növbəti qlobal multikultural tədbirdən – 5-ci Bakı Beynəlxalq Humanitar Forumundan dərhal sonra baş tutub.

Bu forumda 80 ölkədən gəlmiş yüzlərlə lider müasir dövrün ən əhəmiyyətli məsələlərini, ölkələr, mədəniyyətlər və icmalar arasında qarşılıqlı münasibətlər qurulması problemlərini müzakirə ediblər.

AzərTAc

 





04.10.2016    çap et  çap et