525.Az

Xüsusi taksi dayanacaqları yaradılır


 

Xüsusi taksi dayanacaqları yaradılır<b style="color:red"></b>

Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasına başlanılır.

Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, agentlik əməkdaşları Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlərin müəyyənləşdirilməsinə başlayıb. Taksi sürücülərinin müştəriləri rahatlıqla cəlb etmək üçün əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyi şəhərdə tıxacların yaranmasına səbəb olur. Bunun üçün xüsusi taksi dayanacaqları müəyyənləşdiririk.

“Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır. Artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək. Bu dayanacaqlardan kənarda taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək”, - deyə N.Allahyarova vurğulayıb.

 





04.10.2016    çap et  çap et