525.Az

Keçmiş “Qalatasaray”lı komadan ayıldı


 

Keçmiş “Qalatasaray”lı komadan ayıldı<b style="color:red"></b> İki gün öncə beyin qanaması keçirən sabiq futbolçu Riqober Sonq komadan ayılıb.

Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Kamerun yığmasının heyətində ən çox (137) oyun keçirən keçmiş müdafiəçi süni nəfər aparatından azad olub.
 
Hazırda reanimasiyada həkim nəzarətində olan Sonqun vəziyyətinin yaxşılaşıb-yaxşılaşmayacağı ilə bağlı məlumat verilmir.
 
Qeyd edək ki, karyerası ərzində “Liverpul”, “Qalatasaray” və “Trabzonspor” kimi klubların da formasını geyinmiş Sonq bazar günü səhər saatlarında evində insult keçirmişdi. Dərhal xəstəxanaya çatdırılan kamerunlunun komaya düşdüyü bildirilmişdi.
 





04.10.2016    çap et  çap et