525.Az

Qvardioladan internet qadağası


 

Qvardioladan internet qadağası<b style="color:red"></b>

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis futbolçulara klubun bazasında internetdən istifadə etməyi qadağan edib.

Bu barədə Britaniya mətbuatına açıqlamasında komandanın futbolçusu Pablo Zabaleta məlumat verib.

Onun sözlərinə görə, yeməklə bağlı müəyyən tapşırıqlar verən Qvardiola indi də internetdən istifadəyə icazə vermir.

Qvardiolanın futbolçuların bir-biri ilə daha çox ünsiyyətdə olması üçün bu addımı atdığı bildirilir.2

 





04.10.2016    çap et  çap et