525.Az

Şarapovanın cəzası azaldıldı


 

Şarapovanın cəzası azaldıldı<b style="color:red"></b>

Rusiyalı tennisçi Mariya Şarapovanın cəza müddəti 15 ayadək azaldılıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə,  bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.

29 yaşlı idmançı 26 aprel 2017-ci ildən tenisə  qayıda bilər.

Qeyd edək ki, dopinq testdən nəticəsi müsbət çıxan Şarapova 2 illik tenisdən uzaqlaşdırılmışdı.

 





04.10.2016    çap et  çap et