525.Az

IMF Azərbaycan üzrə proqnozlarını yaxşılaşdırıb


 

IMF Azərbaycan üzrə proqnozlarını yaxşılaşdırıb<b style="color:red"></b> Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 2,4% azalacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir.
 
Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.
 
Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 3%-lik iqtisadi azalma, gələn il üzrə isə 1%-lik artım proqnozlaşdırıb.
 
Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 12% və 9,5% olub.
 
2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir.
 





05.10.2016    çap et  çap et