525.Az

İdxal olunan malların monitorinqi aparılacaq


 

İdxal olunan malların monitorinqi aparılacaq<b style="color:red"></b> AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycana idxal olunan malların etiketlərində və adlarında isteh­lak­çı­lar üçün Azərbaycan dilində zəruri məlumatların olması ilə bağlı monitorinqlərə başlayacaq.
 
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva APA-ya bildirib ki, monitorinq Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramına əsasən aparılacaq.
 
Onun sözlərinə görə, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən Dilçilik İnstitutuna məktub daxil olub: “İqtisadiyyat Nazirliyində İşçi qrup yaradılır. İşçi qrupunun bir üzvü də Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı olmalıdır. Bizim tərəfdən isə müvafiq olaraq Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məktub ünvanlanıb, cavab gözləyirik”.
 
S. Əliyeva qeyd edib ki, monitorinqlərin aparılması üçün hər 3 qurumla müqavilələrin bu ay ərzində bağlanması nəzərdə tutulub.
 





05.10.2016    çap et  çap et