525.Az

Teleaparıcılar üçün təlim kursları keçiriləcək


 

Teleaparıcılar üçün təlim kursları keçiriləcək<b style="color:red"></b> AMEA Nəsimi adına Dilçilik İnstitutu teleaparıcılar üçün təlim kursları təşkil edəcək.
 
İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva APA-ya deyib ki, təlim kursları 2 ay müddətində keçiriləcək.
 
O bildirib ki, təlim kursları televiziya kanallarında təşkil olunacaq:

“İki aylıq təlim kurslarından sonra televiziya kanallarında monitorinqlərin aparılmasına başlanacaq. Təlim kurslarına ilk növbədə xəbər aparıcıları və digər verilişlərin aparıcıları cəlb olunacaq. Kurslar müqavilələr əsasında təşkil olunacaq”.
 
Şöbə müdiri qeyd edib ki, bu gün əksər televiziya kanallarında Azərbaycan ədəbi dilinin qaydaları pozulur:

“Bütün televiziya kanallarında qüsurlar var. Dilçi olaraq biz həmin qüsurları görürük. Təbii monitorinqlərdən sonra yaxşılığa doğru fərq hiss olunur. Hazırda bir qeyri-hökumət təşkilatı ilə birgə televiziya kanallarda reklamların dili ilə bağlı monitorinq aparmışıq. Son 10-15 gün ərzində telekanallarda yayımlanan reklamlarda kifayət qədər qüsurlar aşkarlanıb”.
 





05.10.2016    çap et  çap et