525.Az

SOCAR Avstriyadakı nümayəndəliyini bağladı


 

SOCAR Avstriyadakı nümayəndəliyini bağladı<b style="color:red"></b>

SOCAR mərkəzi ofisi Vyanada yerləşən Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.

AzərTAc xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadov kütləvi informasiya vasitələrinə göndərdiyi məktubda bildirib.

O, nümayəndəliyin bağlanmasının SOCAR-da islahatların aparılması ilə bağlı olduğunu qeyd edib.

“SOCAR Trading” şirkətinin, həmçinin SOCAR-ın xarici ofisləri normal iş fəaliyyətini davam etdirəcək”, - deyə məktubda bildirilir.

Qeyd edək ki, SOCAR-ın bütün xarici nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar 2015-ci ilin dekabrında qəbul edilmişdi.

 





05.10.2016    çap et  çap et