525.Az

Bilik Fondunun Beynəlxalq Müəllim Günü hədiyyəsi - Fotoreportaj


 

Bilik Fondunun Beynəlxalq Müəllim Günü hədiyyəsi - <b style="color:red">Fotoreportaj</b>

İsmayıllıda regional Bilik Evi açıldı

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı regional Bilik evinin açılışı olub.

Fonddan 525.az-a verilən məlumata görə, açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, yerli ziyalılar iştirak edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir dövlətin inkişafında təhsilin vacib olduğunu bildirib.
 
Bilik evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən icra başçısı Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələrə bundan sonra da dəstək verməyə hazır olduqlarını deyib və rayon əhalisini Bilik Evi ilə əməkdaşlıqda aktiv olmağa çağırıb.

İsmayıllı Rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova regional Bilik evinin məhz İsmayıllı rayonunda açılmasının sevindirici hadisə olduğunu deyib.

S.Əhmədova burada gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunduğunu, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Bilik evinə gözəl məkan ayırdıqlarına və Fondun layihələrini daim dəstəklədiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

O.Səmədov açılış mərasiminin məhz Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin təhsil ictimaiyyəti üçün hədiyyə olduğunu deyib.

İcraçı direktor bütün İsmayıllıları, o cümlədən ətraf rayonların sakinlərini Bilik evini öz evləri kimi doğma bilməyə çağırıb.

Bilik evində fəaliyyət göstərəcək kurslardan danışan O.Səmədov bu gündən etibarən ingilis və rus dili kurslarının fəaliyyətə başladığını elan edib.

Açılış mərasimində iştirak edən İsmayıllı rayonundan millət vəkili seçilən Novruzəli Aslanov Azərbaycan prezidenti İlham Əliyevin elmə, təhsilə qayğısından söz açaraq, Bilik evinin açılmasını bu qayğının daha bir nümunəsi kimi dəyərləndirib.

Millət vəkili bildirib ki, rayon əhalisi Bilik evindən səmərəli istifadə edərək həm özlərinin, həm də cəmiyyətin inkişafına böyük təkan vermiş olacaqlar.

Gənc müəllimə Səbinə Bağırlı yaşadığı rayonda məhz Beynəlxalq Müəllimlər Günündə Bilik evinin açılmasını heç vaxt unudulmayacaq hadisə kimi qiymətləndirib. Elmin inkişafına gözəl şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Açılış mərasimindən sonra icra başçısının, Bilik Fondu nümayəndələrinin, rayon ictimaiyyətinin, gənclərin iştirakı ilə Bilik evində ilk dəyirmi masa keçirilib.

Xatırladaq ki, Bilik Fondunun Qax, Oğuz, Şəmkir, Nardaran, Bilik evləri fəaliyyət göstərir. Yaxın zamanlarda Astara və Tərtər rayonlarında Bilik evlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bilik Fondu ahıl müəllimləri də unutmadı

Bilik Fondu hər il müxtəlif bayramlarda, həmçinin Beynəlxalq Müəllim Günündə Bilgəhdə yerləşən "Müharibə və əmək veteranları üçün pansionat"da yaşayanlara baş çəkir, onların arzu və istəklərini dinləyərək yerinə yetirməyə çalışır.

Pansionatda 12 nəfər təqaüdçü müəllim də yaşayır. Fondun əməkdaşları Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ahıl müəllimləri təbrik edib, onlara hədiyyələr verib, pansionatın kitabxana fondunu zənginləşdirmək məqsədilə müxtəlif kitablar bağışlayıblar.

Ahıl müəllimlər Bilik Fondunun onları diqqətdən kənarda qoymamasını yüksək dəyərləndirdiklərini bildiriblər.

 





05.10.2016    çap et  çap et