525.Az

İspaniyanın müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində


 

İspaniyanın müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində<b style="color:red"></b>

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Luis Diez Juares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, mərkəzin direktoru Afaq Məsud qurumun, dünya ədəbiyyatı incilərinin tərcüməsi və Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan, həmçinin Azərbaycanda ispan ədəbiyyatına olan böyük maraqdan danışıb:

“Azərbaycan oxucusunda ispan ədəbiyyatına olan sevgini böyük ispan ədibləri – Migel de Servantes, Kamilo Xose Sela, Federiko Qarsiya Lorka, Eduardo Mendo sakimi qələm sahibləri oyadıb.

Düşünürəm, Migel Delibesin ilk dəfə nəşr olunmuş bu irihəcmli “Seçilmiş əsərləri” də Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq”.

Müvəkkil öz növbəsində, görüşün təşkilinə, həmçinin ispanədəbiyyatının Azərbaycanda tanıdılmasına görə qurumun rəhbərinə öz minnətdarlığını bildirib.

O, Tərcümə Mərkəzinin Azərbaycan dili kurslarının iştirakçısı olduğunu məmnunluqla vurğulayaraq, qurumun ədəbiyyat və bədii tərcümə sahəsində gördüyü işləri yüksəkdəyərləndirib və ispan ədəbiyyatına olan xoş münasibətdən qürur duyduğunu bildirib.

Səfirliyin bu günədək mədəniyyət sahəsində fəaliyyətinin, əsasən ispan dilində lüğətlərin tərtibinə yönəldiyini bildirən rəsmi Azərbaycan-İspaniya əlaqələrinin möhkəmlənməsində tərcümənin əsaslı rolunu xüsusi qeyd edib.

Xalqlararası anlaşmada ədəbiyyatın əhəmiyyətini vurğulayan müvəkkil yaxın gələcəkdə ispan şairlərinin əsərlərindən ibarət toplunun Azərbaycandilinə tərcümə və nəşr edilməsi, habelə Azərbaycan ədəbiyyatının İspaniyada tanıdılması ilə bağlı təkliflərini irəli sürüb.

Görüşün sonunda müvəqqəti işlər vəkilinə Migel Delibesin “Seçilmiş əsərləri” kitabı təqdim edilib.

Cavid QƏDİR

 





05.10.2016    çap et  çap et