525.Az

"Qalatasaray"ın rəqibi "Real Madrid" oldu- Çempionlar Liqası


 

"Qalatasaray"ın rəqibi "Real Madrid" oldu- <b style="color:red">Çempionlar Liqası</b>

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, UEFA-nın Nyon şəhərindəki qərargahında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanıb. .

Qeyd edək ki, bu püşkatmada səpələnmişlər və səpələnməmişlər olmayıb.
 
Xatırladaq ki, 1/4 finala vəsiqə qazanan komandalar bunlar idi “Real”, “Barselona”, “Malaqa” (hər üçü İspaniya), “Bavariya”, “Borussiya”(hər ikisi Almaniya), “PSJ” (Fransa), “Yuvenstus” (İtaliya), “Qalatasaray” (Türkiyə).

Püşlün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq
 

"Malaqa" - "Borussiya"
"Real" - "Qalatasaray"
"PSJ" - "Barselona"
"Bavariya" - "Yuventus"


ÇL-in 1/4 finalının oyunları 2/3 və 9/10 aprel tarixlərində olacaq.

 





15.03.2013    çap et  çap et