525.Az

“Tamerlan” tarixi romanı Qırğızıstanda


 

“Tamerlan” tarixi romanı Qırğızıstanda<b style="color:red"></b>

Yazıçı-publisist Yunus Oğuzun “Tamerlan” tarixi romanı Qırğızıstanda fəaliyyət göstərən turktoday.info saytında elektron versiyası yerləşdirilib.

AzərTAc xəbər verir ki, kitabın elektron versiyası geniş oxucu kütləsinin heç bir maneə olmadan oxuması üçün nəzərdə tutulub.

Kitab Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilərək nəşr olunub və pulsuz yayılıb.

Türk dövlətçiliyi və idarəetmə ənənələrini özündə əks etdirən kitab oxucuların böyük marağına səbəb olub.

Kitabın elektron versiyasını bu linkdən oxumaq olar: http://turktoday.info/biblioteka-kyrgyzstan.html

 





06.10.2016    çap et  çap et