525.Az

Neymardan 300-cü qol


 

Neymardan 300-cü qol<b style="color:red"></b>

Braziliya millisinin və "Barselona"nın hücumçusu Neymar futbol karyerasında 300-cü qolunu vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, DÇ-2018-in seçmə mərhələsində Boliviyaya qarşı oyunda (5:0) baş verib. Sözügedən görüşdə dubla imza atan gənc oyunçunun vurduğu qollarının sayı 300-ə çatıb.

Qeyd edək ki, Neymar bu qollardan 49-nu əsas milli komandada, 18-ni gənclərdən ibarət yığmalarda, 138-ni "Santos"da, 95-ni "Barselona"da vurub.

 





07.10.2016    çap et  çap et