525.Az

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Çavuşoğlu ilə görüşdü - Fotolar


 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Çavuşoğlu ilə görüşdü - <b style="color:red">Fotolar</b>

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva oktyabrın 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

G.Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə təsis olunduğunu qeyd edərək Fondun fəaliyyətə başlaması ilə bağlı nazirə məlumat verib, gələcək layihə və planlardan söz açıb.

M.Çavuşoğlu Türk Mədəniyyəti və İrsi Fondunun bütövlükdə Türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətindən bəhs etməklə Türkiyə Respublikasının üzv ölkə olaraq Fondun fəaliyyətini hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Tərəflər Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin "iki dövlət bir millət" olması ifadəsini vurğulamaqla Fondun öz gələcək fəaliyyəti ilə bütün türkdilli dövlətlər arasındakı mövcud əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağını qeyd ediblər.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

 





07.10.2016    çap et  çap et