525.Az

“Buffon bu cür səhvləri “Yuventus”da etsin”


 

“Buffon bu cür səhvləri “Yuventus”da etsin”<b style="color:red"></b>

İtaliya millisinin üzvü Daniele De Rossi DÇ-2018-in seçmə mərhələsində İspaniya ilə oyunda (1:1) Canluici Buffonun kobud səhv etməsinə münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi komanda yoldaşına dəstək olmaqa yanaşı, qeyd edib ki, milli komandada bu cür səhvlər etmək olmaz:

“Buffon futbol tarixinin ən yaxşı qapıçısıdır. Ancaq onun da səhvləri qaçılmazdır. Çünki robot deyil. Ancaq belə səhvləri milli komandada deyil, “Yuventus”da etməyini məsləhət görərdim”.

Qeyd edək ki, İspaniya millisi Buffonun kobud səhvi nəticəsində qol vurub.

 





07.10.2016    çap et  çap et