525.Az

Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti üzrə məhkəmə başladı


 

Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti üzrə məhkəmə başladı<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 18-nə təyin edilib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ. Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib.

O, 2015-ci ildə saxlanılıb və "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib. İ. Hidayətzadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.
 





08.10.2016    çap et  çap et