525.Az

Gimnastımız İsveçdə ikinci oldu - Foto


 

Gimnastımız İsveçdə ikinci oldu - <b style="color:red">Foto</b> 10 yaşlı gimnastımız İsveçdə keçirilən yeniyetmələr arasında yarışda qələbə qazanıb.

525.az-ın məlumatına görə, 10 yaşlı İsmayıl Rüstəmli İsveçin Halmlstad şəhərində keçirilən yarışda iştirak edib.

63 nəfərin iştirak etdiyi yarışda həmyerlimiz möhtəşəm qələbə qazanıb.

İsveç kuboku uğrunda keçirilən görüşdə finala qədər gələn İ.Rüstəmli ikinci yerə layiq görülüb.

Məlumat üçün qeyd edək ki, İsmayıl Rüstəmli üç oğlu ilə Qarabağ savaşında iştirak etmiş komandir, şəhid atası Hacı Əkbər Rüstəmovun nəvəsidir.

 





10.10.2016    çap et  çap et