525.Az

Prezident: “Azərbaycan və Türkiyə liderlik keyfiyyətləri göstərir”


 

Prezident: “Azərbaycan və Türkiyə liderlik keyfiyyətləri göstərir”<b style="color:red"></b> “Biz Türkiyə ilə birgə enerji layihələri icra edirik”.
 
APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı bildirib ki, 100 il əvvəl Bakıda ilk neft çıxarılıb: “Dünyada ilk dəfə dənizdən də neft məhz Azərbaycanda, Xəzərdə çıxarılıb”.
 
“Əsrin Müqaviləsi”ndən danışan prezident bildirib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümü qeyd edəcək: “Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, biri - Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz il dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir: “Bu, böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi və TANAP layihəsinin tikintisinə start verdi. TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.
 





10.10.2016    çap et  çap et