525.Az

Tələbələr islahatlara dəstək verir


 

Tələbələr islahatlara dəstək verir<b style="color:red"></b>

Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tələbələr Azərbaycanın inkişafı uğrunda” adlı layihənin icrası başa çatır.

Universitetlərdə təhsil alan tələbələr arasında Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstəyi formalaşdırmağı nəzərdə tutmuş layihə Bakı şəhərində həyata keçirilmişdir.

Layihə çərçivəsində paytaxtda yerləşən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində tələbələrlə görüşlər keçirilmiş, tələbələrə ölkəmizdə müxtəlif sahələrdə - iqtisadiyyat, sosial, təhsil, səhiyyə, hərbi və digər istiqamətlərdə keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparılmışdır. Tələbələrə sözügedən sahələr üzrə təqdimatlar edilmiş, onlara zəruri maarifləndirici materiallar paylanılmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi 2016-cı ilin “İslahatlar ili” olmasının önəmi və keçirilən islahatların iqtisadi mənası tələbələrlə görüşün ana xəttini təşkil etmişdir.

Keçirilən görüşlərdə tələbələr dövlətimizin apardığı uğurlu siyasətə və keçirilən islahatlara dəstək olduqlarını qeyd etmişlər.

Birliyin sədri Elvin Aslanov bildirmişdir ki, layihə yalnız bu mərhələyə qədər Bakıdakı ali məktəblərə hədəflənmişdir. Yaxın zamanlarda ölkəmizin regionlarında yerləşən ali məktəblərdə də müvafiq tədbirlərin reallaşdırılmasını planlaşdırırıq. İstəyirik ki, tələbələrimiz ölkəmizdə aparılan uğurlu dövlət siyasəti ilə yaxından tanış olsunlar və öz töhfələrini əsirgəməsinlər.

 





10.10.2016    çap et  çap et