525.Az

Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalandı


 

Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalandı<b style="color:red"></b> İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənədi iki ölkənin Energetika nazirləri imzalayıb.
 
İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.
 
Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.
 
Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. 

Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.
 





11.10.2016    çap et  çap et