525.Az

Nazir artilleriyaçıların döyüş hazırlığını yoxladı


 

Nazir artilleriyaçıların döyüş hazırlığını yoxladı<b style="color:red"></b> Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.
 
Müdafiə naziri Zakir Həsənov artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
 





11.10.2016    çap et  çap et