525.Az

Dumanlı hava Bakıda aviareyslərin ləngiməsinə səbəb olub


 

Dumanlı hava Bakıda aviareyslərin ləngiməsinə səbəb olub<b style="color:red"></b>

Azərbaycan paytaxtında müşahidə olunan dumanlı hava şəraiti Bakı şəhərindən və paytaxta yerinə yetirilən aviareyslərə ciddi təsir göstərməyib.

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, ötən gecə və hazırda Bakıda müşahidə olunan dumanlı hava heç bir aviareysin təxirə salınmasına səbəb olmayıb: «Dumanlı hava şəraiti sadəcə bir neçə aviareysi ləngidib. Lakin cədvəldə nəzərdə tutulmuş bütün aviareyslər – həm Bakıya enən, həm də Bakıdan uçan – hamısı yerinə yetirilib».

 





16.03.2013    çap et  çap et