525.Az

Suraxanıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir


 

Suraxanıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir <b style="color:red"></b>

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.

Tədbirdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və orta məktəb şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində qazandığı qələbənin cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov isə bildirib ki, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirdir və bunu aprel döyüşlərində sübut edib.

Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini qeyd edib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, görülmüş işlərin nəticəsində artıq ölkədə fərarilik halları baş vermir, gənclərin hərbi xidmətə yola salınması mərasimləri böyük bayram tədbiri kimi həyata keçirilir.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Ceyhun ABASOV

 





11.10.2016    çap et  çap et