525.Az

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar


 

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar<b style="color:red"></b>

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
 
Ordumuzun əsgəri, 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
 
O bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.

 





17.03.2013    çap et  çap et