525.Az

Məscidlərdə qanvermə aksiyası keçirilir


 

Məscidlərdə qanvermə aksiyası keçirilir<b style="color:red"></b> Bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.
 
APA-nın xəbərinə görə, aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
 
“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.
 
Aksiya ölkə üzrə 15 məsciddə keçirilir.
 
Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır.
 





12.10.2016    çap et  çap et