525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun yarımadada gecə 12-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Oktyabrın 12-13-də Bakıda və  Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.
 
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





12.10.2016    çap et  çap et