525.Az

Həbsxanadan filmlərdəki kimi qaçış


 

Həbsxanadan filmlərdəki kimi qaçış<b style="color:red"></b>

Kanadanın Montreal şəhərində iki məhkumun həbxsananın həyətindən vertolyotla qaçdığı, qaçan məhkumlardan birinin yaxalandığı, digərinin isə axtarıldığı açıqlanıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Benjamin Hudon-Barbeu və Denni Provensal adlı məhkumlar Montrealın 60 kilometr şimal-qərbində yerləşən Sant Jerome həbsxanasından vertolyotun köməyilə qaçıblar. Həbsxananın həyətində yerə yaxınlaşan vertolyotdan aşağı sallanan ip nərdivan sayəsində qaçan və Çertsi bölgəsindəki meşəyə tərəf uzaqlaşan məhkumları yaxalamaq üçün axtarış başlayıb. Polis qaçışda istifadə edilən vertolyotu vilayətin kənar bölgələrinin birində tərk edilmiş halda yapıb. Ölümlə təhdid edilərək vertolyotu sürdüyü iddia edilən pilotun şok vəziyyətində olduğu və xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Polis qaçan məhkumlardan birini yaxalayıb, digərini isə axtarır. Hər iki məhkumun da "Cəhənnəm Mələkləri" adlı cinayətkar qrupun üzvü olduğu bildirilir.

 





18.03.2013    çap et  çap et