525.Az

Xüsusi əməliyyat aparan orqan yol hərəkətini qadağan edə biləcək


 

Xüsusi əməliyyat aparan orqan yol hərəkətini qadağan edə biləcək<b style="color:red"></b>

Azərbaycanda dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.
 

Bununla bağlı Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin dünən keçirilən birgə iclasında "Qaz təchizatı haqqında", "Elektronika haqqında", "Su təchizatı haqqında", Telekommunikasiya haqqında" qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Eyni zamanda, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir. Bu məsələ isə "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Qanun layihələri MM-in plenar iclasına tövsiyə olunub.

KAMİL

 





14.10.2016    çap et  çap et