525.Az

"Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq"


 

"Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq"<b style="color:red"></b>

"Cənubi Qaz Dəhlizi" layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün çox vacibdir".

APA-nın məlumatına görə, bu sözləri Aİ Şərq tərəfdaşlığı proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel deyib.
 
Onun sözlərinə görə, bu məsələ Azərbaycan - Aİ əməkdaşlığı üzrə 4-cü alt komitənin dekabrda keçirilən iclasında müzakirə olunacaq.

Aİ rəsmisi TAP layihəsinin tikintisi ilə bağlı İtaliya daxilində narazılıqlara da toxunub: "Bu məsələni ilk növbədə TAP-la layihəyə aidiyyəti olan ölkələr aydınlaşdırmalıdır. Ən əsası isə İtaliya hökuməti ilə regional administrasiyalar razılığa gəlməlidir. Mən bu məsələdə nikbinəm. Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq".

 





14.10.2016    çap et  çap et