525.Az

İlham Əliyevdən Tailand kralının vəfatı ilə bağlı başsağlığı


 

İlham Əliyevdən Tailand kralının vəfatı ilə bağlı başsağlığı <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib.
 
APA-nın məlumatına görə, prezident Tailandın kralı Bhumibol Adulyadejin vəfatı xəbərinin onu olduqca kədərləndirdiyini qeyd edib.
 
"Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - deyə dövlət başçısı bildirib.
 
Qeyd edək ki, Tailand kralı B. Adulyadej 89 yaşında vəfat edib.
 





14.10.2016    çap et  çap et