525.Az

10 bank üzrə 345 milyon manatdan artıq kompensasiya ödənib


 

10 bank üzrə 345 milyon manatdan artıq kompensasiya ödənib<b style="color:red"></b> Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən oktyabrın 14-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 922 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 mln. 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, 4 bank üzrə ümumilikdə 104 mln. 570 min manatdan artıq kompensasiya ödənilib.
 
Bildirilib ki, oktyabrın 14-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 899 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 745 min manatdan artıq kompensasiya ödənilib.
 
14 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.
 
14 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 80 mln. 399 min manat artıq kompensasiya ödənilib.
 
Ümumilikdə fond tərəfindən 10 bank üzrə 345 mln. 755 min manatdan artıq kompensasiya ödənilib.
 





15.10.2016    çap et  çap et