525.Az

Pike Şakira ilə necə tanış olduğunu açıqladı


 

Pike Şakira ilə necə tanış olduğunu açıqladı<b style="color:red"></b>

“Barselona”nın futolçusu Jerard Pike, iki uşağının anası, 6 ildir birlikdə olduğu Şakira ilə necə tanış olmasının tarixçəsini danışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Pike Şakira ilə ilk dəfə 2010-cu il dünya çempionatı ərəfəsində görüşdüyünü söyləyib:

“Turnirin rəsmi mahnısı “Vaka-Vaka” klipinin çəkilişlərində görüşmüşdük. Daha sonra hər şey Cənubi Afrikada başladı. Açılış mərasimində səhnəyə çıxacaqdı. Ona mesaj yazaraq havanın necə olduğunu soruşdum. O da mənə məlumat verdi”.

Futbolçu daha sonra yazışmalara davam edib və Şakiranı yenidən görmək istədiyini bildirib:

“Səni yenidən görmək üçün yəqin final oynamalıyıq dedim. Çünki bağlanış mərasimində də səhnə alacaqdı”.

 





15.10.2016    çap et  çap et